Skip to content
13 May 2025
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • İlham Əliyev: Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığımız daha da dərinləşəcək
  • Siyasət

İlham Əliyev: Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığımız daha da dərinləşəcək

xaber-redaktor 28 Sentyabr 2024
f5750bfe-8eba-3d34-b0d9-9d8d7c618b50_850
0 0
Read Time:51 Second

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Bu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edilib.

Dövlət başçısı bildirib ki, ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer almışdır:

“Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.

İyulda Astanada Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür”.

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %
Post Views: 407
PAYLAŞIN:

Continue Reading

Previous: Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər
Next: İsrail Müdafiə Ordusu: Həsən Nəsrullah ölüb

Oxşar mövzular

1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
araz
  • Siyasət

Ceyhun Bayramov İranı Azərbaycanın xarici siyasətinə hörmətlə yanaşmağa çağırıb

admin 09 Aprel 2023
kola
  • Siyasət

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri başa çatıb

admin 08 Aprel 2023

Bütün yazılar

1727624864_4
  • Cəmiyyət

Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

xaber-redaktor 30 Sentyabr 2024
1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
1430f2ffec1b8cedb0c03d743a0e4613
  • Dünya

“Hizbullah”ın yeni lideri BU ŞƏXS oldu

xaber-redaktor 30 Sentyabr 2024
3ec8f537-e428-357d-b9c4-1a84d6de1d81_850
  • İdman

Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb

xaber-redaktor 28 Sentyabr 2024
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.