İranın qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. İranda qəzaya uğrayan özəl təyyarə Türkiyənin “Başaran” holdinqinə məxsusdur. Xaber.org Milli.Az-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib. Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. “Reuters” agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb. Post Views: 1. 201 PAYLAŞIN: Yazı naviqasiyası 30 il anasının cəsədi ilə yaşadı – Polislər evə girəndə DƏHŞƏTƏ GƏLDİLƏR Türkiyəli nazir 15 ildən sonra Ermənistana səfər edib