
Dua
hekayə
Nənəm cəhrə əyirəndə həmişə mənə söylərdi: «Bir vaxtlar göy Fatmanın gözü dəymişdi sənə oğul, qançır olmuşdun. Beş-on gün dilin əllərdə qaldı. Molla Əhmədə dua yazdırdım, qada – bala səndən uzaq oldu. Onda camaat elə bildi ki, göy buludun arasından düşübsən».
Babam deyərdi ki, dünyanın buynuzunda kərti var, nəvəm hər dəfə ona ilişəndə qol-qıçını sındırır. “Xalqın uşağı kələ-kötür, bizim uşaq yağlı fətir.”
Babam bir sabah obaşdan qara baltanı bülövləyib yola çıxdı: «Ona bir toy tutum ki, gözü kəppildəyə-kəppildəyə qalsın». Nənəm babamın uğuruna bir daş dığırladı: «Aybını qara yer örtsün, a kişi! Püsərəng olma, bu düzlərdə. Gədə isvaha yerimir, day dünyanın nə taxsırı var?», – dedi. Babam söz altında qalmadı: «Ömrümə məhşər dağı çəkdin, arvad. Gəl məni bu kərə yoldan eləmə. Dünyanın buynuzunu tapmasam, geri dönmərəm!».
…Babam o gündən qara baltayla yol yoldaşı olub buynuz ovuna çıxdı.
…Bu dünyada hələ heç kəs buynuz ovuna çıxmamışdı…
***
Sol gözün səsinə səs verən olmadı, bir də harayladı. Yenə səs-səmir gəlmədi. Ustufca başını dikəldib o tərəf – bu tərəfə boylandı. Boz taxtalardan və çılpaq ağaclardan başqa heç nə gözünə dəymədi. Bir anlıq darıxdı, gecə idimi, gündüz idimi, kəsdirə bilmədi. Ancaq bunu yəqin elədi ki, hər yan bombozdu və bu bozluğun içində onun ürəyi dayana bilər. Son dəfə gücünü toplayıb qonşusunu çağırdı və öz səsi qayıdıb qulaqlarına doldu. Daha gözləmək vaxtı deyildi, çünki bir az da gözləsəydi, doğrudan da sönə bilərdi. O isə hələ yaşamaq istəyirdi, ölməyi ağlının ucundan belə keçirmirdi. Ölənlər yalnız qorxaqlar və acizlər olur. Qorxaqlıq onun qanında var idi, ancaq heç vaxt aciz olmamışdı. Doyunca istədiyinə tamaşa edib, hər şeyi də görmüşdü. Daha bu dünyada ona nə lazım idi ki…
Silkələnib hədəqəsindən çıxdı. Bədəni sulu idi, azca üşüdü. Yumaq kimi bükülüb özünü günə verdi. Beli isinən kimi qırışığı açıldı və sürünə-sürünə buruna tərəf gəldi. İlk cəhdi boşa çıxdı, sürüşüb geri düşdü. İkinci dəfə dırnaqları ilə yapışıb onun belinə çıxdı. Yerini möhkəmlədib azca aralandı. Yeni ətraf bomboz idi. Bomboz taxtalar və çılpaq ağaclar.
Qulağına ağlaşma səsi gəldi. İki ağac o yana boylanıb qara yaylıqlı bir qızın boz taxtanı qucaqladığını gördü. Qız taxtanı qucaqladıqca taxta sevincindən az qalırdı ki, bir ağız qışqırsın, ancaq Allah-Təala ona dil-ağız verməmişdi, səsi içində qaldı. Əvvəlcə zirzəmilərin birinə atılmış taxta idi. İndi onu hər cün öpüb sığallayır, hələ üstəlik toz-torpağını təmizləyib oxşayırdılar. Taxta yenicə ağ günə çıxmışdı. Qız isə qara günlərini yaşayırdı. Sevgilisi on gün əvvəl bu torpağa tapşırılmışdı.
Sol göz bu mənzərəni də acgözlüklə içinə doldurdu. Daha bu dünyada ona nə lazım idi ki. Boynuna bir gilə yaş düşdü. Qanrılıb göyə baxdı. Qonşusu sağ gözün budaqların birində oturub ona tamaşa etdiyini gördü və həyəcandan az qaldı ki, atılıb yerə düşsün. Özünü mətərisləyib ona əl elədi. Sağ gözün səsi guppultuyla qulaqlarından keçib torpağa sancıldı: «Yiyəmiz ölüb, çıx torpağın üstünə, yoxsa canın çıxar». Əvvəl qonşusunun sözündən bir şey anlamadı: «Necə yəni çıx torpağın üstünə. Deməli o, bütün bunları yerin altından görürmüş. Axı indiyə kimi o, heç vaxt yerin üstündən yerin altındakıları görməmişdi. İndi noolub ona?». İstədi ki, bunun səbəbini qonşusundan soruşsun, ancaq fikrindən daşındı, hələ yerin üstünə çıxıb yaşamaq istəyirdi. O, heç ölmək istəmirdi. Yiyəsinin ölüb-ölmədiyini yoxlamaq üçün onun ürəyinin üstünə atılıb bədənini yoxladı. Yiyəsinin bədəni bumbuz idi. Üşütmə onu tutdu və ilk dəfə yiyəsinin ölümünə ağladı. (Dirisinə çox ağlamışdı). Otuz il idi ki, o, yiyəsinə can-başla qulluq eləmişdi, yaxşını-pisdən, gecəni-gündüzdən ayırmışdı. İndi o, neyləyəcəkdi. Yiyəsi ölmüşdü. Bir azdan o da başını qoyub öləcəkdi. Yiyəsini öldüyünə görə qınadı. O, necə də qorxaq və aciz imiş. Sol gözün heç vaxt ağlına gəlməzdi ki, yiyəsi min kilometrlərlə bir məsafəni qət edib, yad torpaqda qətlə yetiriləcək. İndiki kimi xatırlayır, yiyəsinin son sözü kəlmə-kəlmə çözələnib beynində həkk olunmuşdu: «Anam dua yazdırıb, bu güllə məni öldürməz»…
***
… Bir vaxt ayıldım ki, göy buludun üstüylə harasa uçuram və yadıma düşdü ki, nənəmin cəhrəsinin səsinə daş qoya-qoya ona çatmaq istəyirəm. Nənəmsə, elə hey uzaqlarda bir boy görsənib yerəmi girirdi, göyəmi çıxırdı, bilmirəm, ona çata bilmirdim. Ondan qalan təkcə səsiydi. Heç kimin səsinə oxşamayan səsi. Hərdən mənə elə gəlirdi ki, bu səs qadın cildinə girmiş Tanrının səsidi və məni də o tərəfə Tanrının özü səsləyir. Ancaq o səs mənim içimdən gəlirdi. Nənəmin cildinə girən Tanrı mənim içimdəydi və mən uça-uça öz içimə – Tanrıma qayıdırdım.
… Babam otuz il idi ki, yol gedirdi və bu otuz ildə bir dəfə də olsun, geri çönüb baxmamışdı. Babam dünyanı yalnız qabaqda axtarırdı, ancaq ağlına belə gəlmirdi ki, əlini bircə qarış arxaya atıb dünyanın buynuzundan yapışa bilərdi və dünyanın başında xırman əkib evimizə dönərdi. Ancaq mən istəmirdim ki, o, evimizə dönsün, çünki o, evimizə dönsəydi, nə vaxtsa gözlərini yumub ölərdi və onu da aparıb “Div”in qəbiristanlığında basdırardılar…
***
Sol göz üzünü yiyəsinin üzünə dayayıb bir anlıq fikrə daldı: «Onun ürəyinin istisi daha çox məni qızdırırdı. Sağ gözdən yaxın idim onun ürəyinə. Mən indi bu yaxşılığı necə qoyub gedim? Ancaq bizi isitmək onun borcu idi və biz də öz borcumuzu can-başla yerinə yetirdik. Onun qarşısında gözü kölgəli deyilik. O ölübsə, axı biz niyə ölməliyik?» Dikəlib yuxarı – torpağın üstünə qalxmaq istədi, ancaq ayaqları sözünə baxmadı. Damarlarında qan işləmirdi, bütün bədəni keyimişdi. «Artıq gecdi, ölüm məni haqlayıb». Uzandığı yerdəcə soyumağa başladı. Ölüm getdikcə ona üstün gəlir və o, ölümün qarşısında aciz, cılız bir gözə çevrilirdi. Ölənlər yalnız qorxaqlar və acizlər olur. Qorxaqlıq əlaməti onun qanında var idi, acizlik isə elə indicə onun qanına hopmuşdu.
Sol göz ölürdü və o, dişini-dişinə sıxıb öz ölümünü gözləyirdi. Ölüm isə uzaqda deyildi, bir addımlıq məsafədə, dayanıb onun acizliyinə gülürdü…
Sol gözün boynundan yapışıb yuxarı qaldırdılar. Ölüm hələ onun içinə girməmişdi, ona görə də sol gözün varlığı qarşısında aciz qaldı. Ancaq o, qalib gəlmək istəyirdi və var gücüylə öz ovunun ayaqlarından tutub aşağı dartirdı. Əlbəyaxa mübarizə bir neçə saniyə davam elədi və ən nəhayət, ölüm qalib gələ bilməyəcəyini hiss edib əlini boşaltdı və yuvarlanıb qəbrin içinə düşdü.
«Deyəsən, ölməyib, gözünə işıq gəlir». Sol gözün eşitdiyi ilk kəlmələr bu oldu. Açılmağa qorxurdu, elə sanırdı ki, yenə qəbrin içindədi və orada oturub öz ölümünü gözləyir.
«Aç gözünü, gör dünya necə də gözəldi». Kimsə onu dümsüklədi. Sol göz canında hərarət duyub gülümsədi: «Ölüm məni haqlamayıb. Mən ölümə qalib gəldim». Gözünü açıb ətrafına baxdı. Çılpaq budaqların üstü sağ gözlərlə dolu idi. Nə barədəsə qızğın mübahisə aparırdılar. Sol göz onlarn səsini aydın eşitmirdi, qulaqları açılıb-tutulurdu. «Məni bura kim qaldırıb?» – deyə o, dilləndi. Heç kəs onun sualına məhəl qoymadı, qonşusu sağ göz çiynini çəkib gözünü dənizə tərəf zillədi. Dəniz tərəfdən onlara sarı bir qaraltı uçurdu. Qaraltı getdikcə böyüyür və aydın görünməyə başlayırdı. Sol göz gözünü qıyıb yenidən qaraltı gələn səmtə baxdı və bu dəfə vahimə onu basdı, az qaldı ki, ürəyi dayansın.
Dəniz tərəfdən uçub gələn onun yiyəsi idi. Otuz il can-başla qulluq etdiyi yiyəsi yerin altına – Yiyəsinin qəbrinə baxmaq istədi, ancaq boz taxtadan o yanı seçə bilmədi. «Mən də səni görmürdüm, yalnız səsim çatırdı». Qonşusu sağ göz bu sözləri deyib, gözdən itdi və bir anlıq ətrafa sakitlik çökdü.
Sol gözün yiyəsi onun qarşısında havada asılı qalmışdı və əliylə dənizi göstərirdi. Sol göz yiyəsinin bu hərəkətini unamadı və sanki ilk dəfə görürmüş kimi onu başdan ayağa süzməyə başladı.
Onun əynində köhnə, didilmiş əsgər paltarı varıydı, başı açıq idi. Ovcunda nəyisə tutub saxlamışdı.
Onun ovcundan qan tökülürdü.
Və bu an sol gözün içindən bir ağ işıq peyda olub yiyəsinin barmaqlarına toxundu və onun bükülmüş ovcunda bir insan ürəyi çıxıb yerə dəydi və para-para oldu.
***
Vaxt varıydı ki, bizim də kəndə dünyanın dərd-sərindən uzaq, həftədə bir kərə bazar günü gələrdi. O bazar gününə el arasında «xəngəl günü» deyərdilər. Nənəm axşamlar qurut əzib səhərə hazır saxlayar, o başdan durub un ələyərdi.
Mən babamla əl-üzümü soyuq bulaqda yuyub geri qayıdana kimi nənəmin bişirdiyi xəngəlin iyi çəpərimizə, çəpərimizdəki gicitkan kollarına, qapımızdakı palıd ağacının budaqlarına yayılardı. Və o bazar günü bütün kəndimiz – böyük-kiçik adamlar, «böyük-kiçik» pişiklər xəngəl yeyər, həyət-bacalarda uçuşan sərçələr, palıd ağacının yuxusuna haram qatan ağacdələnlər, torpaq üstündə torpaqdan ev quran qarışqalar xəngəl iyindən doyunca «dadıb» yeddi gün – yeddi gecə o ləzzəti damaqlarında gəzdirərdilər.
Belə bazar günlərinin birində mən də bir çox kənd uşaqları kimi aşağı enib şəhərə yollandım. Və yeddi gün – yeddi gecə ürəyimin başı göynədi, nənəmin bişirdiyi xəngəlin iyi burnuma dəydi. Bir daha gözümü açanda gördüm ki, kəndimiz məndən çox-çox uzaqlarda – göy buludun arasında qalıb.
Göy buludun arasında nənəm, babam və bir də mən var idim. nənəm yayın ağzı açılmamış yaylağa gedər və bütün yayı o yaylaqdan həzin bir mahnı eşidilərdi: «A topbaşı, a yük başı nənəsinin dağ yoldaşı». O yaylaqda singitim tutmaz, tez-tez kəndimizə qaçardım. Qaçardım ki, Kərim müəllimin yaylaq almasını bədər-bujax edəm.
Otuz il idi ki, mən Tanrıma qənşər uça-uça yol gəlirdim.
Otuz il idi ki, babam buynuz ovuna çıxmışdı və bu otuz ildə bir dəfə də olsun, geri çönüb baxmamışdım…
***
Onlar dənizin o tayına tərəf uçdular. Qabaqda yiyəsi gedirdi, arxada isə ona can-başla qulluq edən sol göz.
Sol göz dənizdən keçən bu yolu yaxşı xatırlayır. Bərə ilə gəlmişdilər bu yana. İndi o yana yiyəsinin dədə-baba ocağına doğru gedirdilər.
Dənizdən sonra quru başlayır. Qurudan keçən yolu qatarla gəlmişdilər.
Bu yol sonsuz səhrəlardan, susuz çöllərdən keçir. Bu yolu gəlib-keçənin ömrü səhralar kimi sonsuz, çöllər kimi susuz olur. Bu yol insanlar üçün yaranmayıb. Tanrının əzab yoludu bu yol. Tanrı günah işlədəndə bu yoldan gəlib keçir.
Sonra göylərdə göy buludlar və bir az aşağıda göy tüstülər görünür. Göy tüstülər insanin məskən saldığı daxmalardan qalxır.
Sol gözün yiyəsi də bu daxmaların birində dünyaya göz açıb. Bu yerlərin bu dünyası olduğu kimi o dünyası da var, ancaq sol gözün yiyəsinə bu yerlərin o dünyasını görmək qismət olmayıb.
O, bu həyəti də, bu həyətdəki ağacları da, bu sınıq-salxaq qapını da yaxşı xatırlayır. Ana oğlu gedəndən sonra o qapının kandarında «lövbər salıb» gecə-gündüz oğlunun yolunu gözləyir.
… Onlar həyətdəki armud ağacının quru budağına qondular. Burdan evin dörd tərəfi və bu evə dönən cığır lap aydınca görünür.
Ana üç ildir ki, kəndin aralığına yolu düşəndə bu cığıra ayaq basmır, qonşunun çəpərindən addayıb böyük asfalt yola keçir. Bu cığıra asfalt əvəzinə gicitkan kolları, əvənkövənci döşənib.
Sol gözün yiyəsi üç il əvvəl xəbərsiz-ətərsiz itəndən sonra Ana ay işığında bu cığıra külüng «saldı». Və o gecədən bu cığır insan yerişinə, mal-qoyun tapdağına həsrət kəsildi.
Armud ağacının quru budağı əvvəllər adi budaqlardan biri idi, yazda tumurcuqlayar, yayda bar gətirər, payızda yarpaqlarını tökər, qışda isə qar kürkünə bürünüb yuxuya gedərdi. Sonralar onun ömrünə daha bir ömür – Oğul ömrü də calandı. Ana mollanın yazdığı duanı göy əskiyə büküb o budaqdan asdı ki, qapını açanda oğlunun iyini o duadan alsın. Elə o vaxtdan budağın ömrü boy-boy kiçilib quruca bədəni qaldı. Və ana oğlunun iyini o duadan ala bilmədi, çünki o duadan artıq kağız iyi gəlirdi.
Ana adi analardan biri idi, adi insan ömründən ona da qismət olmuş, ərini itirdikdən sonra yeganə oğlunu kolxozdan aldığı əmək haqqı ilə boya-başa çatdırmışdı.
Və günlərin birində ananın yeganə oğlu qurudan keçən yolla dənizə sarı gəldi. Dəniz bu gəlişə öyrəncəliydi, onu da bərəyə mindirib gedər-gəlməzə göndərdi.
… Onlar armud ağacının quru budağında oturmuşdular. Dinib danışmırdılar. Oğul anaya baxırdı. Sol göz isə bu evə dönən cığıra. Üç il idi ki, cığırın gözü böyük asfalt yolda, ananın gözü quru budaqdan asılmış duada qalmışdı. Ancaq anaya oğul iyi lazım idi.
Sol gözün yiyəsi anaya bir saatmı baxdı, iki saatmı, zaman ölçüsünü itirdi və son dəfə ananın gözlərinə baxıb quru yolla dənizə doğru uçdu.
Sol göz evə dönən cığıra baxmaqdan yoruldu, gözüylə yiyəsini axtardı. Onun iyi quru budaqda qalmışdı. Özü isə gözə dəymirdi. Sol gözün ürəyi birdən-birə çırpıldı. Hiss etdi ki, artıq nəfəs ala bilmir. Yiyəsini aradı, onsuz yaşamaq çətin imiş, sürünə-sürünə iy gələn tərəfə gəldi. Yiyəsinin iyi quru budaqdan asılmış duadan gəlirdi. Sol göz son gücünü toplayıb duanın içinə girdi və …
… Quru budaq cana gəldi.
… Ana doyunca oğlunun iyini ürəyinə çəkdi.
… Ana külüng götürüb evlərinə dönən cığırı hamarladı.
… Dənizə doğru gedən quru yolla Tanrı gedirdi. Bu, Tanrının əzab yolu idi. Tanrı günah işlədəndə bu yoldan gəlib – keçir.
***
Nənəm cəhrə əyirəndə mənə söylərdi: «İnsan qara baxtlıdı, dönərgəsi dönəndə özü öz yoluna ağ işıq saçır. O işıq ulduzların yanından gedər-gəlməzə doğru yan alır».
Babam otuz il idi ki, qırx il idi ki… min il idi ki, buynuz ovuna çıxmışdı.
Bu dünyada hələ heç kəs buynuz ovuna çıxmamışdı.
Babək Göyüş
878587 832615I genuinely like your writing style, fantastic details, thankyou for posting : D. 452212
843461 528048I ran into this page accidentally, surprisingly, this really is a great website. The website owner has done an excellent job writing/collecting articles to post, the info here is actually insightful. You just secured yourself a guarenteed reader. 198602
393636 513027Thanks for the blog loaded with so numerous details. Stopping by your blog helped me to get what I was looking for. 292470
302711 224173Register a domain, search for available domains, renew and transfer domains, and decide on from a wide variety of domain extensions. 600134
Buy Pemoline online
Buy Pemoline online
673455 26765I conceive this website has got some real great data for everybody : D. 567158
916851 689293I like this internet site so much, saved to favorites . 758127
895090 913986Hey! Great stuff, please keep us posted when you post something like that! 193057
558356 808707i could only wish that solar panels cost only several hundred dollars, i would really like to fill my roof with solar panels- 953334
886199 198429I adore your wp web template, wherever would you obtain it via? 934547
767348 267962I like this web site because so considerably valuable material on here : D. 966846
906293 893250I enjoyed reading your pleasant web site. I see you offer priceless information. stumbled into this site by chance but Im sure glad I clicked on that link. You certainly answered all of the questions Ive been dying to answer for some time now. Will definitely come back for much more of this. 751731
154408 814547An attention-grabbing dialogue is value comment. I believe which you want to write more on this matter, it wont be a taboo subject however usually individuals are not sufficient to speak on such topics. Towards the next. Cheers 727845
879872 714977Completely pent subject matter, regards for entropy. 186854
584796 101253Hi, you used to write outstanding articles, but the last several posts have been kinda boring I miss your tremendous posts. Past couple of posts are just a little out of track! 173057