Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək. Xaber.orgun Trend-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2018-c il üçün təbii qaz balansında qeyd olunub. Sənədə əsasən 2018-ci ildə Gürcüstanın təbii qaza tələbatı 2,689 milyard kubmetrə bərabər olacaq. Gürcüstan bu rəqəmdən 2,679 milyard kubmetrini Azərbaycandan (1,866 milyard kubmetrini SOCAR-dan və 813 milyon kubmetri “Şahdəniz” yatağından hasilat çərçivəsində) əldə etməyi planlaşdırır. Qalan hissə (9,41 milyon kubmetr) yerli hasilatın payına düşəcək. 2018-ci ildə Gürcüstana Rusiyadan qaz tədarükü nəzərdə tutulmayıb. Post Views: 894 PAYLAŞIN: Yazı naviqasiyası “Jakob Fugger tarıxın ən varlı bankçısı idi. Onun zamanında renesans yaşanırdı və dünyanı iki nəfər idarə edirdi. Roma-Geran İmperatoru və Papa. Hər ikisini də Fugger maliyyələşdirib”. İşsizlik müavinəti ləğv edildi