Skip to content
07 Mart 2026
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Çalır deməyə qorxuram
  • Redaktorun seçimi

Çalır deməyə qorxuram

admin 02 Aprel 2023 4 minutes read
images (4)
1 0
Read Time:2 Minute, 21 Second

Söz gözəl olursa-olsun nə qədər,
Pis əda o sözü tamam məhv edər.

Nizami Gəncəvi

Bu günlərdə bir yazı dərc etmişdim. Dostlarımdan biri mənə zəng etdi ki, sən oradakı çalır sözünü çıxar onun əvəzinə, ifa edir yaz. Soruşdum ki, bu çalmaq sözündə nə bir qəbahət var axı? Bildirdi ki, indi o pis məna verir. O söz sənə problem yaradar.  

  Əcəba… işə düşmədik?  “Çalır Əhməd Bakıxanov adına insturmental ansanbl” , “ qarmonda çalır İsrafil”, “ gitarada çalır Rəmiş”. Bu, cavanlıqdan ən ləzzət aldığım sözlərdən biri idi.

Yaxşı bir musiqiçi çalanda dərhal  televiziyanın qarşısına keçirdik. Ailəlikcə oturub hansısa tanınmış sənətkarın çalmağına qulaq asardıq.

İndi isə çalmaq sözü pornoqrafik mahiyyət alıb. Başa düşə bilmirəm bu çalmaq nə kriminal bir sözdür ki, mən onu yazıda istifadə etməyim? Hələ bu azmış kimi, dostum dediyi kimi mənə problemdə yarada bilər.

Ruslar bu gün də bu sözdən əvvəlki kimi istifadə edirlər. “ ispolnyayet” yəni çalır. Amma  bizdə çalmaq eyib və tərbiyəsizlikdir.  Qardaş,  musiqi alətlərində  ya ifa edirlər,  ya da ki, çalırlar. Sinonim sözlərdir. Hansısa bir axmaq ailəsi ilə etdiyi seksual hərəkəti “ çalmaq”  adlandırıb və  bütün ölkəyə  etdiyi əcaib hərəkətin adını bu cür elan edibsə kimə nə?  Əgər arvadlarının başına gətirdiyi oyunu ləzginka adlandırsaydılar, deməli biz bu gözəl rəqsin adınada  tərbiyyəsiz bir söz kimi baxardıq?! Belə çıxır ki, hə…

Sazda çalır aşıq Ələsgər, , aşıq Pənah, aşıq Əhliman… nə gözəl səslənir

Saksafon çekmek" sözünün yerine başka hangi kelimeler kullanılabilir? - KizlarSoruyor

Yaxşı yadımdadır  “ Bilgəh”- sanatoriyasında görkəmli sənətkar , ustad aşıq Kamandarla iki nəfərlik lyuks otaqda dincəlirdik . Günlərin birində  gecə saat 2-3 radələrində aşıq  məni yuxudan oyatdı  dedi ki, ay Rza müəllim,  təbim gəlib, səninçün bir saz çalmaq istəyirəm. Müalicdə oluğuma baxmayaraq  yerimdən qalxıb  çarpayıda  oturdum  “çal aşıq, gecə saat 3 olsa da çal, sənin sazının səsini gecənin bu vaxtında eşitmək  hər adama nəsib olmur. Özüdə canlı”,-dedim.

Картинки по запросу Aşıq Kamandar

Alətini sinəsinə aldı, Elə çaldı ki, tüküm biz durdu. Feyziyab oldum . Müalicədən daha çox xeyir etdi mənə bu ifa.

Stresdə, gərgin vəziyyətdə olanda, yuxuya gedə bilməyəndə xəyalımda  həmin gecəyə qayıdıb sakitləşirəm.

Hər dəfə televiziya və yaxud radioda onun ifasını dinləyəndə həmin gecə yadıma düşür. Darıxıram, həmin unudulmaz gecəyə qayıtmaq istəyirəm.

“Yeddi oğul istərəm” flimində Gəray bəyin “Yanıq Kərəm”-i ifa edən aşıq Ədalətə yana-yana dediyi  “çal aşıq, çal” -sözü min ildə bundan sonra xatirimizdən silinməyəcək.  Nə Gəray bəyin xiffətli sözü, nə də  Ədalətin  “yanıq Kərəm”-i

Bəsdir min illərdən bəri hamının birmənalı şəkildə qəbul etdiyi  sözləri təhrif edib, mənasını əcaib bir formaya salıb xalqa sırışdırdınız.

Vay o günə ki, hər hansısa bir gəncin  atası yaxşı klarnet, yaxud saksafon ifaçısı ola.  Belə çıxır ki, onun övladı bunu ya gizlətməlidir, yada ki, xalq arasına çıxmamalıdır. Təkcə ona görə ki,onun atası hansısa bir alətdə  çalır.

Saksafon Kursu Müzik Akademi - Uzman Eğitmenlerden Saksafon Eğitimi

Çalmaq yaxşı sözdür. Gözəl söz olaraq da qalmalıdır. Sonda bu söz mahiyyətini dəyişib leksikonumuzda tamamilə başqa mənada işlənəcəkdir. Gələcək nəsil isə bunun əvvəlki mahiyyətini  bilməyəcəkdir.

 Çalmaq, elə çalmaqdır. Tərbiyyəsiz, mənəviyyatdan kənar insanların nəzərdə tutduğu isə MİNET adlanır, ey  milli  Minetçiklərimiz!!!

Rza Pənah      Xaber.org

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

admin

huquqinfo@gmail.com
https://xaber.org
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %

About the Author

admin

Editor

Visit Website View All Posts
Post Views: 244
PAYLAŞIN:

Post navigation

Previous: Metronun “Bakmil” stansiyasından istifadə edən sərnişinlərin nəzərinə: Dəyişiklik var
Next: Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib – YENİLƏNİB + FOTO

Bütün yazılar

OD2QnCBznwUs6Sial1XhEPLYVTwJFvkF3mI7eOop_640
  • Cəmiyyət

Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

xaber-redaktor 06 Yanvar 2026 0
ac3f6578eb_86699
  • Ədəbiyyat

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

xaber-redaktor 30 Dekabr 2025 0
1632737255_0aq-2(1).jpg
  • Siyasət

Vətən müharibəsinin xronikası: 31 OKTYABR

admin 01 Noyabr 2025 0
0b1690a307b5d22.jpg
  • Siyasət

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

admin 01 Noyabr 2025 0
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.