Müğənni Alişan Qurban bayramının ilk gününü ailəsi ilə keçirmək niyyətindədir. Türkiyə mediasına istinadən xəbər verilir ki, müğənni bu səbəbdən ona edilən konsert təkliflərindən imtina edib. Avqustun 31-də Antalyada səhnəyə çıxacaq Alişan bayramın ilk günü Avropa, Azərbaycan və Antalyadan konsert təkliflərini qəbul etməyib. Müğənninin bu təklifi qəbul edərsə, sərvət qazanacağı deyilir. Buna baxmayaraq, Alişan yalnız bayramın 2-ci günündən konsertlərə başlayacaq. (Axşam.az) Post Views: 1. 014 PAYLAŞIN: Yazı naviqasiyası 22 yaşlı müğənninin dənizdə romantik anları – FOTO