Türkiyənin Van, Muş və Ərzincan vilayətlərində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində səkkiz terrorçu zərərsizləşdirilib. Anadolu agentliyinə istinadla xəbər verilir ki, daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı PKK-nın 7 üzvü məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin bu barədə yazılı açıqlamasında Vanda dörd, Muşda iki, Ərzincanda isə bir terrorçunun zərərsizləşdirildiyi bildirilib. Bundan başqa, hərbi hava qüvvələrinin dəstəyi ilə Ərzincanın Kemah rayonunda keçirilən əməliyyat zamanı da bir terrorçu öldürülüb. Post Views: 2. 387 PAYLAŞIN: Yazı naviqasiyası N saylı hərbi hissədə baş verən yanğının qarşısı alındı – VİDEO Londondakı son teraktdan sonra daha bir nəfər həbs edilib