Yaponiya özünümüdafiə dəniz qüvvələrinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, avqustun 26-da gecə saatlarında təlimlər zamanı SH-60 helikopteri idarəetməni itirərək dənizə düşüb. NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, helikopter Yapon dənizi üzərində, Tappi burnundan 90 kilometr məsafədə, Hokkaydo və Honşyü adaları arasındakı Tsuqaru boğazında nəzarəti itirib.

Yerli vaxtla gecə saat 23:00 radələrində helikopterdən qəza siqnalı daxil olub. Helikopterin göyərtəsində olan dörd nəfərdən biri qəzadan 40 dəqiqə sonra xilas edilib. Onun ciddi xəsarətlər almadığı bildirilir.

Özünümüdafiə qüvvələri və Sahil Mühafizəsi Xidməti axtarış-xilasetmə işləri üçün qəza rayonuna təyyarə və gəmilər göndərib.

Qəza anında helikopterin pilotlarının gecə saatlarında uçuş-enmə təlimlərini həyata keçirdiyi bildirilir.

PAYLAŞIN: