Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib. Astana şəhərinin Nursultan Nazarbayev beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşıladılar. Post Views: 1. 062 PAYLAŞIN: Yazı naviqasiyası İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrini qəbul etdi Sammit: İslam ölkələrinin prezidentləri Astanada – FOTO