Bu gün dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Azərbaycana gətirilib. Cənazəni Heydər Əliyev adına beynəlxalq hava limanında tanınmış akademiklər Rasim Əliquliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və digər ziyalılar qarşılayıb. Qeyd edək ki, Lütfi Zadənin nəşi sentyabrı 26-da ABŞ-dan yola salınmışdı. Cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq. Lütfi Zadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Mərasim saat 12.00-dan 14.00-dək davam edəcək. Lütfi Zadənin I Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir. Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib. Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib. Daha sonra ABŞ-a köçüb. Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi. (Teleqraf.com) Post Views: 1. 062 PAYLAŞIN: Yazı naviqasiyası Lütfi Zadənin nəşi bu gecə Bakıya gətiriləcək “Nizami” stansiyasında təmir və bərpa işləri başa çatdı