Ukraynanın Xarkov şəhərində işıqforun yaşıl işığında gözləyən piyadaları vuran Lexus-un sahibi məlum olub. Artıq piyadaların ölümünə səbəb olan Lexus-un sahibi polis tərəfindən saxlanılıb və məhkəmə haqqında həbs qərarı çıxarıb. Məlum olub ki, sürücü yerli biznesmenlərdən olan “Qruppa-Tayfun”un rəhbəri Vasili Zayçevin 20 yaşlı qızı Yelena Zayçevadır. Qeyd edək ki, hadisə Lexus-un sürücüsünün qırmızı işıqda yolu keçmək istəməsi nəticəsində baş verib. Bu zaman digər avtomobillə toqquşan Lexus yol kənarındakı piyadaları vurub. Nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan biri – yeddi aylıq hamilə qadın hazırda komadadır. (Qafqazinfo) Post Views: 2. 929 PAYLAŞIN: Yazı naviqasiyası Fəzail Ağamalının oğlu maşınla adam vurdu Ukraynada 621 eksponat oğurlandı