“Dilimiz, qeyrətimiz, qürurumuz” yazısı 2016 cı ildə “Bizim Şərh” qəzetində dərc edilmişdir. Bu gün dövlət və hökümət  səviyyəsində dilimizə olan qayğı, və onun qorunması, inkişaf etdirilməsi üçün göstərilən təşəbbüs birdaha imkan verir ki, yenidən vaxti ilə dərc etdiymiz yazını oxucularımıza təqdim edək.

   Hər bir millət öz milli mənsubiyyəti ilə yanaşı dili ilə də öyünür, fəxr edir və onun təmiz qalması üçün çalışır.

  Ulu öndərimizin “Azərərbaycan dilinin  qorunub saxlanılması”  haqqında fərmanı da buna bariz nümunədir . Bəs milli qürurumuz olan dilimizi qoruyub saxlaya bilirikmi? Mübaliğəsiz deyə bilərik ki… Yox

Televiziya cəmiyyətin güzgüsüdür. Onun aparacıları isə televizayanın simasıdır. Əhalinin maarifləndirilməsində televiziya və qəzetlərin, eyni zamanda infarmasiya saytlarının, ümumiyyətlə, mətbuatın  rolu böyükdür. Maarifləndirmyə ehtiyacımız daha çoxdur.  Çünki dilimizi elə bir günə qoyurlar ki…

Aztv-də “Xəbərlər” redaksiyasında işləyirdim. Nizami Xudiyev isə sədr vəzifəsinə yeni təyin olunmuşdu. Professor, filoloq olan Xudiyev televiziya işini bilməsədə dilçi alim idi. Aparıcılar tərəfindən oxunan mətnlərə, sözlərin tələffüzünə xüsusi diqqət yetirirdi.

Yaxşı yadımdadır. Birdəfə “Xəbərlər”in işçilərini yığıb otağına və “yapışdı” müxbir Vaqif  Nəcəfovun yaxasından;

-Ə palis nədir ə..Vaqif? Nizami müəllim mən nəyi səhv eləmişəm, deyə Vaqif cavab verdi.

– Ə Vaqif 5 il universitetdə oxuyub mal dili boyda diplom almısan amma polisə palis deyirsən.

Bəli, adi bir söz dilimizi nə qədər eybəcərləşdirir. Aztv-ni çıxmaq şərti ilə bütün kanallarda yüzlərlə “palis”ə bənzər sözlər işlənir.  Nə baş redaktorlar, nə də televiziya rəhbərləri buna əhəmiyyət vermirlər. Ona görədə belə səhflərin sayı günbəgün artır. Bəli, bir çox söz düzgün tələffüz edilmir. O ki, qaldı cümlə üslub səhflərinə burda vəziyyət daha acınacaqlıdır. Ona görə ki, aparıcıların çoxu peşəkar jurnalist deyil. Heç jurnalistlərində çoxu peşəkar deyil. Ən dözülməz vəziyyət dublyajdadır. Bəzən filmlər elə tərcümə edilir ki, əsl mahiyyət itir. Amerika kinolarını ruslar tərcümə edir, bizimkilərsə Rusların tərcüməsini dublyaj edirlər. Tərcümədən tərcümə olmaz!!! “Xoş, beş,on beş, sən hara, bura hara?? Tərcüməsi “Priyatno, pyat, pitnatsot, tı kuda zdes kuda?? Hansısa bir rusa bizim bu cümləni olduğu kimi tərcümə etsən başa düşəcəkmi?!

Əlbəttdə yox. Mənasız bir söz yığını alınar. Filmlərdə bəzən, daha  doğrusu tez-tez buna bənzər cümlələrə rast gəlinir. Ona görə də kinoda baş verənlərin mənası ssenaristin, rejisorun nə demək istədiyi anlaşılmır. Ssenarini kimə gəldi vermək və qramatikanı bilmədən  tərcümə etmək dilimizə böyük zərbədir.

Hələlik isə dilimizin təmizliyini qoruyub saxlamaq üçün telviziyayada, dublyaj redaksiyalarınada, qəzetlərədə təsadüfü adamlara “embarqo”  tətbiq edilməlidir. Qeyrətimiz, qürurumuz olan dilimizin xatirinə.

    P.S Bu gün televiziyalarda yenədə polis sözünü palis kimi tələffüz edirlər.  Ay“ Peşəkar televiziyonşiklər” Palis yox polis

 

    Rza Pənah

    Xaber.org

PAYLAŞIN: