Xəbər verdiyimiz kimi, Bakıda “Baku Bus” MMC-yə məxsus avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib. 99 – JX – 266 dövlət nömrə nişanlı, 13 nömrəli avtobus əks istiqamətə çıxaraq hərəkət edib. Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi hələ qarşısına çıxan avtomobildən yol da istəyib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, videogörüntü əsasında dərhal araşdırma başlanılıb. Agentlik tərəfindən daşıyıcı şirkət qarşısında məsələnin araşdırılması ilə bağlı tələb qoyulub. Bundan sonra sərnişinlərin həyatını kobud qayda pozuntusuna yol verərək təhlükəyə atan sürücü “Baku Bus” MMC tərəfindən işdən azad edilib. Post Views: 840 PAYLAŞIN: Yazı naviqasiyası Ukraynada 621 eksponat oğurlandı Türkiyədə qadın alverçilərinə qarşı əməliyyat – Azərbaycanlı qadın da saxlanıldı