Xaber.org . Respublikamızda səhiyyəmizin inkişafına dövlət qayğısı danılmazdır. Ölkəmizin bütün bölgələrində avropa standartlarına uyğun xəstəxana və poliklinikalar tikilib əhalinin istifadəsinə verilir. Xaricdən ən müasir tibbi avadanlıqlar alınır. Bir sözlə, səhiyyəyə diqqət böyükdür. Bütün bu işlərin fonunda isə insan amili dayanır. Başlıca məqsəd əhalinin sağlamlığını təmin etməkdir. Bəs səhiyyəyə xərclənən bu vəsatin müqabilində yerlərdə vəziyyət necədir? Bütün bunlar əhaliyə göstərilən tibbi xidmətin yüksəlməsində öz əksini tapırmı?! Adi bir fakt. Bu günlərdə müayinə olunmaq üçün bir tibb ocağına – poliklinikaya getdim Baş həkimlə xeyli söhbət etdik. O ayağa qalxanda möhkəm axsaması diqqıtimi cəlb etddi. Soruşdum kı, ayağınıza ne olub? Fikirləşdim böyük bir həkim kollektivinin rəhbəri nəyə görə müalicə oluna bilmir. Baş həkim ah çəkib bildirdi ki, müəllim bizim həkimlər məni sağalda bilmirlər. Məcbur olub getdim İrana. Orada müalicə olunduqdan sonra xeyli yaxşılaşmışam. Hazırlaşıram təkrar birdə gedim. Allah köməkləri olsun iran həkimlərinin 50 faiz irəliləyiş var. Sağ olsunlar, peşəkardırlar… Bərəkallah sənə ay baş həkim. Mən sənə pənah gətirmişəm sən isə İran həkimlərini alqışlayırsan. Fikirləşdimki , bizim bəzi həkimlər özlərini sağalda bilmirlərsə məni necə sağaldacaqlar .Nəyə görə həkimlər arasında geniş əlaqəsi olan baş həkim səhhətindəki problemləri həll etmək üşün xaricə üz tutur. Özü də, bunu utanmadan, xəcalət çəkmədən, dediyi sözün məsuliyyətini dərk etmədən ona pənah gətirmiş adama danışır. Həkimlərimiz bu qədər savadsızdı məgər? Təbii ki, peşəkar, öz işini bilən hətta xaricdə tanınan həkimlərimiz çoxdur. Bəs qalan əksəriyyəti. Xaricdə müalicə olunan həkimləri deyirəm… Bəd ayaqda siz İrana, Türkiyəyə qaçırsınız. Bəs onda biz neyləyək? hara gedək?. Ey özünü müalicə edə bilməyən həkimciklər,sizdən soruşuram!!! Rza Pənah Xaber.org Post Views: 2. 107 PAYLAŞIN: Yazı naviqasiyası Lazer epilyasiyasının sirləri – gözəl nəticə və ya təhlükə Apteklərdə pos-terminal problemi