Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. xaber.org-un AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində prezidentin əlavəsi müəyyən edilib. Həmçinin, prezidentin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib. Bu barədə qərar noyabrın 1-dən tətbiq ediləcək. xaber.org Post Views: 1. 616 PAYLAŞIN: Yazı naviqasiyası Məktəb direktorunun etirafı: “YAP-çıyam, amma siyasətdən başım çıxmır” Anar Məmmədov yaxtasını satışa çıxardı