Asiya İnkişaf Bankı (AİB) enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üçün Azərbaycana gələn il 250 milyon dollar dəyərində daha bir tranşın ayrılmasını istisna etmir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

Ölkənin enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üzrə bir milyard dollar dəyərində saziş 2015-ci ildə imzalanıb. Sazişə əsasən 750 milyon dolları AİB, 250 milyon dolları hökumət təqdim edir.

xaber,org

PAYLAŞIN: