Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova İstanbulun Baxçaşəhər Mədəniyyət və Sənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər. Konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbaycan xalq musiqisi nümunələri, həmçinin “Ay qız”, “Əziz dostum”, “Mən gəlmişəm sizə qonaq”, “Əlimi bıcaq kəsibdir” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar. Alim Qasımov İstanbulda və Türkiyənin başqa şəhərlərində daha əvvəllər də konsert verdiklərini söyləyərək yenidən burada olmalarından məmnunluğunu ifadə edib. 1200 nəfərlik salonda baş tutan konsert tamaşaçıların ayaq üstə alqışları ilə sona çatıb. Xaber.org Post Views: 931 PAYLAŞIN: Yazı naviqasiyası Nazarbayevin həyat yolu haqda kitab Azərbaycan dilində nəşr olundu Heydər Əliyev Mərkəzi dünyanın ən heyranedici mədəni məkanları sırasında – FOTO