Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 79- cu ildönümü Bakıda qeyd olunub.

Türkiyənin ölkəmizdəki səfirliyinin təşkil etdiyi anım mərasimi dahi şəxsiyyətin heykəli önündə baş tutub. Anım tədbirinə səfirlik nümayəndələri ilə yanaşı, rayon icra hakimiyyətinin əməkdaşları, hərbçilər, iki ölkə arasındakı parlament dostluq qrupunun üzvləri, qeyri-hökumət təşkilatı təmsilçiləri və gənclər qatılıblar. Onlar M.K.Atatürkün heykəli önünə gül-çiçək dəstələri düzüblər, sayğı duruşu ilə qardaş ölkə qurucusunun ruhu qarşısında ehtiramlarını bildiriblər.

Üç dəfə Türkiyə prezidenti seçilərək ölkəsinin siyasi tarixinə düşən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da dünyasını dəyişib.

Xaber.org

PAYLAŞIN: