Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib. Xaber.org AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulandı, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Xaber.org Post Views: 867 PAYLAŞIN: Yazı naviqasiyası Yer də, göy də, ağlayırdı o faciəli gündə Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib