Zəlzələ qərb rayonlarında xırda fəsadlar törədib. Xaber.org Axar.az -a istinadla xəbər verir ki, ilkin məlumata görə, Tərtər rayonunda ümumilikdə 8 evə ziyan dəyib. Zəlzələdən sonra Ağdam rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb. Xüsusilə çoxmərtəbəli bina sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər. Ağdamda köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb. Bərdədə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi Səməd qızına məxsus çiy kərpicdən tikilən ev uçub. Hadisə vaxtı ailə üzvlərindən xəsarət alan olmayıb. Report isə Tərtərin Qaziyan kənd sakini Məmmədov Şahid İbrahim oğlunun xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini yazıb. Ümumiyyətlə isə ciddi dağıntı və tələfat yoxdur. Xaber.org Post Views: 775 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır: Dağlarda, havada, dənizdə… Ərəb Bakıdan qız aldı, gəlini qızılı “Rolls Royce”la apardı