Bu gün Ağstafada minik avtomobilinin vurduğu 8 yaşlı uşaq ölüb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

 

Kənd sakini 2009-cu il təvəllüdlü Əlləzov Sabir Məhəmməd oğlu yolu keçən zaman avtomobil onu vurub.

 

Sürücü dərhal 8 yaşlı uşağı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xaber.org

PAYLAŞIN: