Quba rayonunda oğul atasını güllələyib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Xaber.org

PAYLAŞIN: