Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü söyləyib. Diaspor sədri Azərbaycan vətəndaşı olan Hüseynin hazırda reanimasiyaya yerləşdirildiyini, vəziyyətinin çox ağır və huşunun yerində olmadığını bildirib. Ç.İsayev diasporun öz gücü ilə Bakıdan təhsil almaq üçün Permə gələn azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdığını vurğulayıb. Post Views: 666 PAYLAŞIN: Yazı naviqasiyası Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır Daxili İşlər Nazirliyi Qaradağda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb