Futbol üzrə Avstraliya yığma komandasının baş məşqçisi Anqelos Postekoqlu vəzifəsindən istefa verib. Bu barədə 52 yaşlı mütəxəssis Sidneydə keçirilən mətbuat konfransında məlumat verib. Postekoqlu yığmaya 2013-cü ilin oktyabrında baş məşqçi təyin olunub. Avstraliya millisi onun rəhbərliyi altında Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb. Komanda “play-off” matçında Hondurası mübarizədən kənarlaşdırıb. Post Views: 1. 224 PAYLAŞIN: Yazı naviqasiyası Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək “Qarabağ” -” Çelsi“ -yə məğlub oldu