Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235, yaralananların sayı isə 130 nəfərə çatıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb. ***** Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb. Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir. Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. *** Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər. *** Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 120 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb. *** Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 80 nəfərə çatıb. “Report” xəbər verir ki, məlumatı “Al-Arabiya” yayıb. Misir dövlət televiziyası bildirib ki, terror nəticəsində ölənlərin xatirəsini yad etmək üçün ölkə ərazisində üçgünlük matəm elan olunub. *** Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb. “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı törədilib. Terrorçular məscidin içində özlərini partladıblar. Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir. Post Views: 753 PAYLAŞIN: Yazı naviqasiyası Daxili İşlər Nazirliyi Qaradağda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb Kirayəşin ev sahibinin başını kəsdi ; “Evə qayıdanda gördüm ki…”