Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunaraq həbs edilən və dünyanın ən zənginlərindən biri olan Səudiyyə şahzadəsi Talalın hotelləri satışa çıxarılıb.

Xaber.org Milli.Az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunaraq həbs edilən dünyanın ən zəngin insanlarından biri, Səudiyyə şahzadəsi Əl-Valid bin Talalın Livanda ortağı olduğu bütün hotellər satışa çıxarılıb.

Dünyanın ən zənginlərindən olan Səudiyyə şahzadəsi Talalın biznes mərkəzlərinin olduğu ərazidə, Livanın paytaxtı Beyrut sahillərində yerləşən beşulduzlu “Four Seasons” və “Movenpick” hotelləri satışa çıxarılıb.

Livan Hotelçilik Həmkarlar İttifaqının sədri Vadi Kənan həbs olunan Şahzadə Talalın sahib olduğu “Kingdom Holding” in adı keçən hotellərin ortağı olduğunu təsdiqləyib. O, hotellerin satılma qərarının həbslə əlaqəli olmadığını bildirib.

Həbsdə olan şahzadənin beşulduzlu hotelləri satışa çıxarıldı - FOTO

PAYLAŞIN: