Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidentinin qızı İvanka Tramp gələn həftə «Global Entrepreneurship» sammitində iştirak etmək üçün Hindistana yola düşəcək. Xaber.org xeberlenti.com-a istinadən bildirir ki, bundan əvvəl sözügedən tədbirdə o cümlədən, Con Kerri və Barak Obama da iştirak edib. ABŞ Dövlət Departamenti xanım Trampı müşayiət etmək üçün Hindistana yüksək məqamlı nümayəndələr göndərməyəcək. Bu, onunla bağlıdır ki, ABŞ-nın dövlət katibi Reks Tillerson dünya səhnəsində prezident qızının mövqeyinin möhkəmlənməsinə köməklik göstərmək istəmir («CNN»). Bundar əvvəl «The Washington Post» xəbər vermişdi ki, vaxt ötdükcə Prezident Tramp dövlət katibinə rəğbətini itirir. Nəşrin mənbələri qeyd edirdilər ki, onların arasında fikir ayrılığı o qədər böyükdür ki, tezliklə Tillersonun istefası qaçılmaz olacaq. Ancaq Ağ Evdən bəyan etdilər ki, Donald Trampın Reks Tillersonun fəaliyyətindən narazılığı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Xaber.org Post Views: 1. 118 PAYLAŞIN: Yazı naviqasiyası Ramzan Kadırov Çeçenistan Respublikasının başçısı postunu tərk etməyə hazır olduğunu bildirib Zəhər içən general öldü