Xaber.org Polemik.az-a istinadən bildirir ki, bu gün Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmədə hökm elanı başlayıb. Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi kollegiya müşavirədən qayıdıb. Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı prosesdən qabaq yoxlanılıb. Hökmə təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb. Jurnalistlər zala buraxılmayıb. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hərbi rütbəsi əlindən alınıb. Belə ki, general Elçin Quliyevin rütbədən məhrum edilməsi ilə bağlı ölkə prezidentinə təqdimat göndərilib. Qərarda həmçinin zərərçəkmiş şəxslərin heç birinin mülki iddiası təmin edilməyib. DTX-ın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiası təmin edilib. Elçin Quliyev və Azər Mehdiyevin əmlakları dövlət xeyrinə müsadirə edilib. Xatırlatma üçün deyək ki, Elçin Quliyev MTN əməkdaşlarından yeganə şəxs oldu ki, məhkəmə prosesi boyu müəyyən məqamlarda tapşırıqları Eldar Mahmudovdan aldığını bildirirdi. Xaber.org Post Views: 993 PAYLAŞIN: Yazı naviqasiyası Köpək balıqları 31 miqrantı parçaladı Bakıda dəhşət: bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumat