Xaber.org Milli.Az -a istinadən xəbər verir ki, P.Abıyeva keçmiş teleaparıcı T.Əliyeva barəsində mediada həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə məhkəməyə müraciət ediləcək. Bu barədə T.Əliyevanın vəkili Adəm Məmmədov məlumat verib. T.Əliyeva məhkəmədən tələb edir ki, Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilsin, onun özü tərəfindən təkzib olunsun və üzr istəsin. Eyni zamanda, P.Abıyevadan 100 min manat tutulmaqla T.Əliyevaya ödənilməsi tələb edilir. Qeyd edək ki, T. Əliyeva sosial şəbəkədə P. Abıyevanı dəfələrlə tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı. Hətta onu “1000 manatlıq fahişə” adlandırmışdı. Abıyeva isə İnstaqram səhifəsində Tunaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi. Xaber.org Post Views: 904 PAYLAŞIN: Yazı naviqasiyası Ajda Pekkan Bakıya gəlir. Müğənni Natavan Həbibi və reper Səid Əliyev (Dado) boşanır.