Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

Xaber.org qafqazinfo-ya istinadən xəbər verir ki, 22 yaşlı Güllü Yurtoğlu 1 həftə öncə nikaha daxil olduğu 23 yaşlı Metehan Yutroğlu tərəfindən xına mərasiminin sabahı – toy günü bıçaqlanaraq öldürülüb.

G. Yurtoğluna 8 bıçaq zərbəsi vuran M. Yurtoğlu tarlalardan birində gizlənirmiş. O, polis tərəfindən saxlanılıb.

Şübhəli şəxsin narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xaber.org 

PAYLAŞIN: