“Real” futbol klubunun hücumçusu Kriştianu Ronalduya 5-ci “Qızıl top” dekabrın 7-də Parisdə təqdim ediləcək. Xaber.org azərtac-a istinadən xəbər verir ki, təltifolunma mərasimi Eyfel qülləsində keçiriləcək. Əvvəlcə “France Football” jurnalı mükafatı Milad gününə yaxın təqdim etməyi planlaşdırırdı. Lakin “Real”ın gərgin təqvimi mərasimi dekabrın əvvəlinə keçirməyə məcbur edib. Oktyabr ayında Ronaldu FIFA versiyasına görə dünyanın ən yaxşı oyunçusu adına ardıcıl olaraq ikinci dəfə layiq görülüb. Xaber.org Post Views: 532 PAYLAŞIN: Yazı naviqasiyası “Barselona”da ciddi itki BOK-dan ŞOK QƏRAR – Rusiya Olimpiadaya buraxılmadı