Ukraynada hüquq-mühafizə orqanları tərəfindən evindən zorla çıxarılaraq aparılan Mixail Saakaşvili sərbəst qalıb. Lent.az-ın məlumatına görə, siyasətçinin tərəfdarları onu xüsusi təyinatlılara məxsus mikroavtobusun içərisindən çıxarmağa nail olub. Saakaşvilinin tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Hazırda gürcü siyasətçi tərəfdarlarının arasında prezident Poroşenkoya impiçment tələbi ilə yürüyüş keçirir Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb. Xaber.org-ın Lent.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib. Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıb. Xaber.org Post Views: 711 PAYLAŞIN: Yazı naviqasiyası Mikayıl Cabbarov vergilər naziri təyin edildi Azərbaycanın Müdafiə naziri Türkiyənin generalı ilə görüşüb