İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Hüseynova mərhum xalq artistinin oğlu Orxan Nadirovun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xaber.org Milli.Az-a istinadən bildirir ki, Hüseynova  qeyd edib ki, O.Nadirovun düşdüyü durumun səbəbkarı keçmiş dostu Vüqar Bəkirovdur:

“Orxan Nadirovun həbsi xəbərinə sevinmirəm. Əgər həbs olunubsa, Allah qapısını açsın. Sadəcə, o vaxt Orxanın dostu Vüqar Bəkirov İlhamə xanımı şantaj edirdi. Deyirdi ki, İlhamə xanım, Orxanı yaxınınıza buraxmayın, sizi zəhərləyəcək. Bütün bu oyunları quran Vüqar Bəkirov idi. Hətta o vaxtlar Vüqar özü də axtarışda idi. Həmin ərəfədə özünü vəkil kimi qələmə verən Elmira adlı xanımın evində gizlənirdi. Orxanın da bu vəziyyətə gəlib çıxmağının səbəbkarı Vüqar Bəkirovdur. Orxanın özündə heç bir pis hərəkət görməmişəm”.

M.Hüseynova bildirib ki, İ.Quliyevanın sağlığında yayılmış videosunda baş verənlərə də V.Bəkirov rəhbərlik edirdi:

“Orxanın həbsinə də heç sevinmirəm. Hətta o vaxt mənim başıma açılan oyunlarda Orxanı günahlandırırdılar. Məni məcburən diz çökdürənlər, hədə-qorxu gələnlərin də başında  Vüqar Bəkirov dururdu.  Çox maraqlıdır ki, Vüqar Bəkirov və yanındakı Məsmə ləqəbli Zəminə adlı qadın niyə azadlıqda gəzirlər?

 

Xaber.org

PAYLAŞIN: