Müğənni Sibel Canın 2000-2010-cu illərdə ailəli olduğu iş adamı Sulhi Aksütdən dünyaya gələn 17 yaşlı oğlu Emir gece klubundan çıxarkən paparassilərin hədəfində olub.

Xaber.org Türkiyə mediasına istinadən xəbər verir ki, 4 qızla görüntülənən Emir jurnalistlərə yalvararaq şəkillərini çəkilməsini istəməyib.

“Yalvarıram, anam görməsin” deyən ifaçının oğlu gecə klubunda səhərədək əylənib. O, daha sonra dostlarıyla birlikdə anası ilə qaldığı evə yollanıb.

Xaber.org

PAYLAŞIN: