“Azərişıq”ASC borclu abonentlərə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-da saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Post Views: 753 PAYLAŞIN: Yazı naviqasiyası Bakıda ən bahalı avtomobillər – yarım milyon dollardan yuxarı Nazirlər Kabinetinin qərarları gələn ildən işsizlikdən sığorta ödənişinin verilməsi proseduruna uyğunlaşdırılıb