Abu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinal mərhələsində “Real Madrid” komandası Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna 2:1 hesabı ilə qalib gəlib. Finala yüksələn Madrid təmsilçisi qızıl medallar uğrunda görüşdə Braziliyanın “Qremio” komandası ilə qarşılaşacaq. Üçüncü yer uğrunda isə “Əl-Cəzirə” və Meksikanın “Paçuka” komandaları ilə üz-üzə gələcəklər. Xaber.org Milli.Az-a istinadla xəbər verir ki, “Real Madrid” Kriştianu Ronaldu və Qaret Beylin qolu ilə “Barselona”nın rekordunu yeniləyib. Hər iki klub klublararası dünya çempionatında ən çox qol vuran komandadır. Belə ki, İspaniya klubları çempionatın tarixində 23 qol vurublar. Xaber.org Post Views: 27. 882 PAYLAŞIN: Yazı naviqasiyası Maradonanın Hindistanda heykəli ucaldıldı 140 milyon avroluq transfer