ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib. “İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, – deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib. Post Views: 488 PAYLAŞIN: Yazı naviqasiyası Nyu-Yorkda partlayış baş verdi RİZA SƏRRAF MƏHKƏMƏSİNİN YÖNÜ DƏYİŞİR