Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib. Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi. “Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”, – deyə D.Tusk “Twitter” hesabında qeyd edib. Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq. Xaber.org Post Views: 1. 737 PAYLAŞIN: Yazı naviqasiyası “Livanı daş dövrünə çevirəcəyik” – İsraildən şok hədə Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinə 7 milyon manat ayrılıb