Xaber.org xeberlenti.coma isinadən bildirir ki, Ermənistanda dərc olunan “Hraparak” qəzeti yazır ki, artıq 3 gündür ərəb şeyxləri oğulları ilə birlikdə Qagik Tsarukyanın qonağıdırlar. Xatırladaq ki, Tsarukyan Ermənistanın ən güclü oliqarxlarından biri sayılır. O da məlum olur ki, qonaqlar arasında BƏƏ-nin ən nüfuzlu şəxslərindən biri sayılan Əbu Dabi şahzadəsi – şeyx Zeyd əl-Nahayanın böyük oğlu da qonaqlar arasındadır. Mənbə onu da qeyd edir ki, səfər dostluq xarakteri daşıyır – ərəblər Ermənistanla tanış olmaq, görməli yerlərini gəzmək üçün gəliblər. Qəzetin əldə etdiyi məlumata əsasən, “özəl səfər” həmçinin investisiya məqsədi güdür, lakin bu barədə hələlik danışılmır. Post Views: 407 PAYLAŞIN: Yazı naviqasiyası “WhatsApp”da daha bir yenilik Əmək pensiyaları ilə bağlı yeni qaydalar təsdiqləndi