Bu gün ARB telekanalında “Səhər-Səhər” verilişinin qonağı olan Rəqsanənin qızı Aysun İsmayılova sürprizlə qarşılaşıb. Müğənniliyə başlayan Aysun üçün studiyaya qızılgül dəstəsi gəlib. Aparıcı Elgiz “Buradan sevgi qoxusu gəlir” sözləri ilə Aysuna üzünü tutub. Rəqsanənin 20 yaşlı qızı “Düzü, bilmirdim verilişə gül gələcək. Dostlarımın çoxu bilirdi mən bu gün efirdəyəm. Ola bilsin dostlarımdan kimsə göndərib. Hər kim göndəribsə, təşəkkür edirəm. Sevgi haqqında hələ ki, düşünmürəm” cavabını verib. Daha sonra aparıcı Ekgiz Əkbər “Bir ara eşitdim ki, Rəqsanə toy etməyə hazırlaşır” deyə Aysuna müraciət edib. Aysunun cavabını təqdim edirik: “Mən bu haqda heç harda danışmamışam. Haqqımda çox yerdə danışıblar ki, guya bunu mən etmişəm. Mən nişanlı olmamışam. Bəli, Türkiyə vətəndaşı ilə öz aramızda sadəcə evlilik təklifi olub, üzük taxmışıq. Hər şeyin əvvəli olduğu kimi, sonu da olur. Münasibətimiz 2 il çəkdi. Xasiyyətimiz tutmadığı üçün ayrıldıq”. Xaber.org Post Views: 351 PAYLAŞIN: Yazı naviqasiyası “Təranə Qumralın həyatında o qədər kişi var ki…” Aygün Bəylər- “Gəşəng geyindim. Adını da qoydum ki, ərə gedirəm. “