“Arsenal” və “Liverpul” futbol üzrə İngiltərə çempionatının 19-cu turunda heç-heçə edib. Xaber.org xəbər verir ki, Londonun “Emireyts – Eşberton Qrouv” stadionunda keçirilən matç 3:3 hesabı ilə yekunlaşıb. “Mersisaydlılar” son dörd tur ərzində üçüncü dəfə meydanı bərabərliklə tərk ediblər. Matçın yarım saatı tamam olmamış Filippe Koutinyo hesabı açıb. 52-ci dəqiqədə Məhəmməd Salah fərqi iki topa çatdırıb. 2:0 hesabı ilə məğlub duruma düşən ev sahibləri 53 və 58-ci dəqiqələr aralığında üç qol vurublar: Aleksis Sançes, Qranit Caka və Məsut Özil fərqləniblər. İkinci hissənin ortalarında Roberto Firmino hesabı bərabərləşdirib. “Liverpul” 35 xal ilə turnir cədvəlində 4-cü yeri tutur, “Arsenal” isə (34 xal) beşincidir. İngiltərə – Premyer Liqası. 19-cu tur “Arsenal” – “Liverpul” – 3:3 0:1 – Koutinyo – 26, 0:2 – Salah – 52, 1:2 – Sançes – 53, 2:2 – Caka – 56, 3:2 – Özil – 58, 3:3 – Firmino – 71 Xaber.org Post Views: 374 PAYLAŞIN: Yazı naviqasiyası Millimizin oyunlarının vaxtı açıqlandı “El Klasiko”da Messi imzası