“Real Madrid”in sabiq direktoru Xorxe Valdano Messi və Ronaldu barədə danışıb. Xaber.org goal.az-a istinadən xəbər verir ki, ispaniyalı funksioner bunları deyib: “Messi dahidir. Hər il peşəsinə aid yeni keyfiyyətlər qazanmaqla ağıllı insan olduğunu da sübut edir. O və Ronaldu əlçatmaz oyunçulardır. Ronaldunun daha çox mediaya çıxmasına baxmayaraq, hər ikisinin əzmi böyükdür. Onlar bir-birinə lazımdır. Ronaldunun tarixin ən yaxşı futbolçu olduğunu deməsi onun psixoloji tipinə uyğundur. Messi isə meydanda sözünü deyir və sonra səhnədən çəkilir”. Xaber.org Post Views: 372 PAYLAŞIN: Yazı naviqasiyası Xavi: “Messi futbol tarixinin ən yaxşısıdır” Millimizin oyunlarının vaxtı açıqlandı