Amerikalı basketbolçu Maykl Cordan dünyada bütün dövrlərin ən varlı idmançısı adını qazanıb.
Ən varlı idmançıların reytinqini Amerikanın “Forbes” jurnalı dərc edəndən sonra belə məlum olub.
Məlumata görə, 2017-ci il 1 iyun tarixi üçün onun var-dövləti ümumilikdə 1,85 milyard dollar dəyərində qiymətləndirilib.
Jurnalın hazırladığı siyahıda ikinci yerdə qolfçu Tayqer Vuds (1,7 milyard dollar), üçüncü yerdə isə Arnold Palmer (1,4 milyard dollar) qərarlaşıb.
Növbəti yerlərdə müvafiq olaraq Cek Niklaus, Mixael Şumaxer və başqaları yer alıb.
Xaber.org
PAYLAŞIN: