Göygöl rayonunda həmyerlisini qətlə yetirən şəxsin kimliyi məlum olub. Hadisə şəhər ərazisində “Əlillərin binası” deyilən binada baş verib. Belə ki, həmin binada yaşayan Daşkəsən rayon sakini, 1949-cu il təvəllüdlü Qəzənfər Müzəffər oğlu Musayev tanışı olan Göygöl rayon sakini, 1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman S.Muradov bıçağa əl ataraq ev sahibi Q.Musayevi qətlə yetirib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Post Views: 624 PAYLAŞIN: Yazı naviqasiyası İtkin düşmüş alpinistlər kimlərdir? – FOTO Rusiyada dünya çempionunu öldürən Anar Allahverənovu törətdiyi cinayətə görə ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir.