“Real Madrid” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu gələcək planları barədə danışıb. Xaber.org goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz məşqçi olmaq istəmədiyinə işarə vurub. “Film çəkmək istərdim. Mənim öz otellərim, idman zallarım, “Nike” firması ilə geyim xəttim var. Özümü biznesmen kimi görürəm. Hazırda işimə fokuslanmışam. Amma gec-tez karyeramı başa vuracağımı bilirəm. Futboldan sonrakı həyatımın gözəl olacağına əminəm. Pulu nəzərdə tutmuram. Başqa işləri məmnuniyyətlə görməyi nəzərdə tuturam. 2003-cü ildə “Yuventus”a keçə bilərdim. “Yuve” qeyri-adi klub olsa da, “Mançester Yunayted”ə keçmək qərarını verdim”. Post Views: 400 PAYLAŞIN: Yazı naviqasiyası Yəhudi mənşəli azərbaycanlılar Rusiyanın ən böyük idman kompleksini aldılar Qardaşının övladını himayəsinə götürdü