Abşeronda dəm qazı gənc qızın həyatına son qoyub.

Xaber.org  xezerxeber.az-a istinadən bildirir ki, xırdalan şəhərində 11-ci sinif şagirdi İlahə Nuriyeva yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Onun meyitini yaxınları aşkarlayıblar.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ekspertiza təyin edilib. Yaxınlarının verdiyi məlumata görə, məktəbli qız valideynləri və qonşuları ilə birgə axşam yeməyi yedikdən sonra əl üzünü yumaq üçün hamama girib.
Qardaşı onun gec gəldiyini gördükdə hamam otağına keçib və bacısının cansız bədənini aşkar edib.
Faktla bağlı araşdırma aparılır.

PAYLAŞIN: