ABŞ prezidenti Donald Tramp İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarına növbəti dəfə dəstəyini ifadə edib.

Xaber.org Publika.az -a istinadən xəbər verir ki, ABŞ prezidenti “Tvitter” hesabında “Vaxtı gələndə ABŞ-dan böyük dəstək görəcəksiniz” yazıb.

İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.

PAYLAŞIN: