“Qızıl buts” yarışında “Latsio”nun hücumçusu Çiro İmmobile liderliyi ələ keçirib. Xaber.org Milli.Az -a istinadən xəbər verir ki, futbolçu İtaliya “A” seriyasının 10-cu turunda “Spal” ilə səfər matçında “poker” edərək qollarının sayını 20-yə çatdırıb. Beləliklə, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var. Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb. Post Views: 619 PAYLAŞIN: Yazı naviqasiyası “Mahir Mədətov üzr istəməlidir” – “Qəbələ” klubu bəyanat yaydı Yoldaşlıq görüşünün “düşməncəsinə” sonu