2018-ci il yanvarın 22-dən Azərbaycana idxal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsi artırılıb. Xaber.org Milli.Az -a istinadən bildirir ki, müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub. Qərar əsasən, tərkibində tütün olan siqarlar 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb. Bundan başqa, səməni pivəsinin idxalı bir litr üçün 1,7 manat, üzüm şərabları – bir litr üçün 3,5 manat, şampan şərabları – bir litr üçün 5 manat, viski, araq, likör, romn idxalı bir litr üçün 10 manatadək artırılıb. Post Views: 1. 547 PAYLAŞIN: Yazı naviqasiyası Bahalı, saxta və zərərli: Bazarda təhlükəli xəzlər satılır “İran Air” aviaşirkəti Azərbaycana qayıdır