Ötən istirahət günlərində respublikanın daxili işlər orqanları tərəfindən 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb. DİN-dən verilən məlumata görə, 27-29 yanvar tarixlərində axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Eyni zamanda daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.(Axar.az) Post Views: 321 PAYLAŞIN: Yazı naviqasiyası Qarın Azərbaycanda yaratdığı ilk fəsadlar 14 yaşı tamam olmamış şəxslərə dərman satılması QADAĞAN EDİLDİ